logo

Ağdaş sakinindən 1 kq-dan artıq marixuana götürüldü

15:29 27-04-2020 | icon 1932
Ağdaş sakinindən 1 kq-dan artıq marixuana götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini F.Məhərrəmov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan 1 kiloqram 180 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun tanışı olan həmyerlisi T.Mustafayevə məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 37 qramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.