logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

14:30 27-04-2020 | icon 2016
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.