logo

Azərbaycanda daha 4 bank bağlanır-AMB müvəqqəti inzibatçılar təyin etdi

13:52 27-04-2020 | icon 2513
Azərbaycanda daha 4 bank bağlanır-AMB müvəqqəti inzibatçılar təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.

AMB-dən YeniAvropa-ya bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat veriləcək.