logo

Türkiyədə koronavirusdan  ölənlərin sayı 2 min 805-ə çatdı

19:47 26-04-2020 | icon 2366
Türkiyədə koronavirusdan  ölənlərin sayı 2 min 805-ə çatdı

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və virusdan ölüm hallarında davamlı olaraq azalma müşahidə edilir. Aprelin 26-da ölkə üzrə 30 min 177 nəfər üzərində test aparılıb. Onlardan 2 min 357 nəfəri xəstə çıxıb. Gün ərzində 3 min 558 nəfər sağalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 26-da 99 nəfər həyatını itirib. Bununla da ölənlərin ümumi sayı 2 min 805 nəfərə çatıb.

Bu günədək ölkə üzrə 889 min 742 test aparılıb. Yoluxanların sayı 110 min 130 nəfər təşkil edib. Onlardan 1776-sı reanimasiyadadır, 883 xəstə süni nəfəs aparatına qoşulub. Hər iki göstəricidə ciddi azalma var. İndiyə qədər 29 min 140 nəfərin müalicəsi müsbət nəticələnib. Xəstəlik riskinə aid bütün göstəricilər son iyirmi gündə ən aşağı səviyyədədir.

Qeyd edək ki, aprelin 23-də yerli vaxtla saat 00:00-dan qüvvəyə minən evdən çıxmaq məhdudiyyəti bu gecə saat 24:00-da başa çatır. Bu qadağanın tətbiq olunduğu 31 vilayətə giriş-çıxış məhdudiyyəti isə hələ də qüvvədədir.