logo

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxdu

15:31 26-04-2020 | icon 2051
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasına daha 28 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.