logo

"ASAN xidmət"də əvvəlcədən növbə tutmaq üçün qaydalar

12:39 26-04-2020 | icon 2275
"ASAN xidmət"də əvvəlcədən növbə tutmaq üçün qaydalar

Aprelin 27-dən etibarən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, "ASAN xidmət" növbə götürülməsi, eyni zamanda, mərkəzlərdə davranış qaydalarına dair videotəlimat hazırlayıb.