logo

Hacıqabulda təkrar zəlzələ oldu

10:15 26-04-2020 | icon 2002
Hacıqabulda təkrar zəlzələ oldu

Aprelin 26-də yerli vaxtla saat 00:24-də Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd edilib ki, zəlzələ 3,8 maqnituda gücündə baş verib.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, aprelin 25-də yerli vaxtla saat 18:24-də Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3,6 maqnituda gücündə baş verib. Həmin zəlzələ də hiss olunmayıb.