logo

Vaqif Aydınoğlu "Azərişıq”ın mətbuat xidmətinin rəhbəri təyin olundu

23:18 25-04-2020 | icon 2156
Vaqif Aydınoğlu "Azərişıq”ın mətbuat xidmətinin rəhbəri təyin olundu
ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlunun yeni işi məlum olub. 
YeniAvropa xəbər verir ki, Vaqif Aydınoğlu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri təyin olunub. O, aprelin 27-dən etibarən "Azərişıq” ASC-də yeni vəzifəsinin icrasına başlayacaq. 
Qeyd edək ki, indiyədək "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev olub. 
"18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum "HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm",-deyə Vaqif Aydınoğlu "Facebook"da yazıb.