logo

Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

19:21 25-04-2020 | icon 2282
Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 813 nəfər artıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 20 319 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 913nəfər artaraq 148 377 nəfərə çatıb.