logo

Daşkəsəndə qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb

16:07 25-04-2020 | icon 2016
Daşkəsəndə qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 25-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

XidmətdənYeniAvropa-ya  bildiriblər ki, düşən yağıntının miqdarı Astarada 15, Şərurda 11, Şahbuzda 10, Daşkəsən, Sədərəkdə 8, Lerikdə 7, Gədəbəy, Qəbələ, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Ağdərədə (Ordubad) 6, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Lənkəran, Yardımlı, Sarıbaş (Qax), Naxçıvanda 5, Tərtər, Yevlax, Kişçay (Şəki), Göytəpə, Ceyrançöldə 4, Tovuz, Bərdə, Göyçay, Beyləqan, Şəmkirdə 3, Gəncə, Şamaxı, Zərdab, Salyan, Biləsuvar, Xınalıq, Şahdağ, Naftalanda 2, Mərəzə, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçalada 1 millimetr olub.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 santimetrə çatıb.

Havanın temperaturu iqlim normasından 1-5° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14°, Aran rayonlarında 10-15°, dağlıq rayonlarda 0-3°, Naxçıvan Muxtar Respublikasında 8-14° isti, havanın minimal temperaturu isə dağlıq rayonlarda 1-3°, yüksək dağlıq ərazilərdə 8° şaxta olub.