logo

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 19 min nəfəri ötüb

10:59 25-04-2020 | icon 6608
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 19 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 19 min nəfəri ötüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, son 24 saat ərzində xəstəxanalarda koronavirus nəticəsində daha 684 nəfərin öldüyü açıqlanıb.

Xəstəlik nəticəsində İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdəki xəstəxanalarda ölənlərin sayı 19 min 550-yə yüksəlib. Həmçinin virusa yoluxanların sayı 143 min 464 nəfərə çatıb.

Ölkəyə Türkiyə və Myanmardan qoruyucu vasitələr gətirilib. Lakin gətirilən vasitələrin bir neçə saata bitdiyi bildirilib.