logo

Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var

22:44 24-04-2020 | icon 2065
Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var

"Bu yaxınlarda Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında ciddi yoluxma faktları aşkar etmişik".

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib. Onun sözlərinə görə, həmin şəxslər karantin altında saxlanılırlar.

"Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik", - deyə TƏBİB-in sədri vurğulayıb.