logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 min 600-ə çatıb

21:15 24-04-2020 | icon 2296
Türkiyədə koronavirusdan ölənlərin sayı 2 min 600-ə çatıb

Koronavirus infeksiyasına qarşı Türkiyədə aparılan çox istiqamətli tədbirlər ciddi nəticələr verir. Aprelin 24-də ölkə üzrə 38 min 351 nəfərdə test aparılıb. Onlardan 3122 nəfərin analizi müsbət olub. Gün ərzində 3 min 246 nəfər sağalıb. Virusun geniş yayıldığı günlərdə ilk dəfədir ki, sağalanların sayı yeni yoluxanlardan çoxdur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə son rəqəmləri səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 24-də 109 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 2 min 600 nəfərə çatıb.

Ümumi hesabda, bu günədək ölkə üzrə 830 min 257 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 104 min 912 nəfər olub. Onlardan 1790 şəxs reanimasiyada, 929 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. Hər iki göstəricidə ciddi azalma var. İndiyə qədər 21 min 737 nəfərin müalicəsi müsbət nəticə verib.