logo

"Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır" - TƏBİB sədri

20:10 24-04-2020 | icon 8218
"Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır" - TƏBİB sədri
"Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır. Karantin rejimi ilə koronavirusun yayılmasının sadəcə qarşısı alınıb".
YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib.
O qeyd edib ki, virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb: "Sosial izolyasiya tədbirləri görülüb və xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 maya qədər uzadılıb. Lakin bugünkü qərarla bəzi yumşaldılmalar olub".
 
R.Bayramlının sözlərinə görə, bizi böyük təhlükə gözləyə bilər."Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tədbirlər tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır. Bizim üzərimizə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin bir nəfəs qədər yaxın olduğunu fikrimizdən çıxarmamalıyıq",-deyə  Ramin Bayramlı vurğulayıb.