logo

Bakıda metronun fəaliyyəti bərpa edilir?

19:47 24-04-2020 | icon 2002
Bakıda metronun fəaliyyəti bərpa edilir?
Ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər yumşaldıqca metronun açılması məsələsinə baxıla bilər.
YeniAvropa xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. 
Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, ictimai nəqliyyatda istər sərnişinlər, istər sürücələrin davranış qaydaları hazırdır və qısa zamanda müvafiq qurumlara təqdim olunacaq.