logo

Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub

19:17 24-04-2020 | icon 1862
Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub

Azərbaycanda 300-ə yaxın tibb işçisində koronavirusa yoluxma aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə səhiyyə nazirinin müavini Viktor Qasımov məlumat verib. Onun sözlərinə görə, virusa yoluxanların 65 faizi artıq sağalıb.

"Onlar arasında həm həkimlər, həm də orta tibb işçiləri də var. Təəssüf ki, bəzi tibb müəsissələrində də yoluxma olub”.