logo

İranda koronavirusdan ölənlərin sayı isə 5 min 5574-ə çatıb

14:55 24-04-2020 | icon 2254
İranda koronavirusdan ölənlərin sayı isə 5 min 5574-ə çatıb

İranda koronavirusa yoluxanların sayında yenidən artım qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş cahanpur məlumat verib. O bildirib ki, son 24 saat ərzində 1168 nəfər virusa yoluxub, 93 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların sayı 88 min 194 nəfərə, ölənlərin sayı isə 5 min 5574-ə çatıb.

Səhiyyə naziri Səid Nəmaki İranın ABŞ xalqına koronavirusla mübarizədə kömək etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəksə də, xalqın birliyi və həkimlərin şücaəti ilə virusun yayılmasını nəzarət altına aldı. Nazir virusun ABŞ-da geniş yayılmasından və ölənlərin sayının çox olmasından təəssüf hissi keçirdiyini bildirib.

Region dövlətlərinin səhiyyə nazirlərinin onlayn iclasında çıxış edən S.Nəmaki Ümumdünya Səhiyyə Təşkilatına İrana göstərdiyi yardıma görə təşəkkür edib.