logo

Sabah Bakıda arabir yağış yağacaq, 14° isti olacaq

13:11 24-04-2020 | icon 1939
Sabah Bakıda arabir yağış yağacaq, 14° isti olacaq

Ölkə ərazisində aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9°, gündüz 11-15° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.