logo

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 19 minə yaxınlaşır

11:53 24-04-2020 | icon 2338
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 19 minə yaxınlaşır

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, ötən 24 saat ərzində koronavirusdan daha 616 nəfər ölüb.

 YeniAvropa xəbər verir ki, bu barədə  “The Guardian” qəzeti yazıb. Bildirilir ki, ölkədə virusa yoluxanların sayı 138 min 78 nəfərə, ölənlərin sayı 18 min 738-ə yüksəlib.

Qəzetin məlumatına görə,  Britaniyada etnik azlıqlar arasında koronavirusdan ölüm nisbətinin daha yüksəkdir.  Aparılan araşdırmaya əsasən, həyatını itirən 12 min 593 nəfərin Asiya və ya digər mənşəli etnik azlıq olduğu müəyyən edilib.