logo

Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi

22:42 23-04-2020 | icon 2079
Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi
Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrinə qayıtmaq istəyən vətəndaşlarına müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin "Facebook” hesabında açıqlama verilib:
 
"Bakıdan bu gecə 01:55-də TK-335 və sabah, aprelin 24-də 14:30-da havaya qalxacaq TK-333 təyyarələrinə bilet satışı Heydər Əliyev adına Hava Limanının köhnə terminalında həyata keçiriləcək.
Vətəndaşlarımızdan gömrük və bilet alma prosedurlarının uzun vaxt apara biləcəyini nəzərə alaraq, beş saat əvvəl hava limanına gəlmələri xahiş edilir”.