logo

Azərbaycanda məmur özünü güllələdi

21:32 23-04-2020 | icon 2058
Azərbaycanda məmur özünü güllələdi

Lerik rayonunda 43 yaşlı şəxs özünü güllələyib.

YeniAvropa xəbər verir ki, 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik rayon İcra Hakimiyyəti aparatının humanitar şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

İlkin məlumata görə Q.Quliyevin intiharına xeyli miqdarda borclu olması səbəb göstərilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.