logo

Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığı müzakirə olunub

20:13 23-04-2020 | icon 2107
Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığı müzakirə olunub

Aprelin 23-də xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki, tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlığın gündəliyinin bir-sıra məsələlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

İkitərəfli əlaqələrin, o cümlədən iqtisadi, ticarət, nəqliyyat sahələrində daha da möhkəmləndirilməsi nazirlər tərəfindən vurğulanıb. Tərəflər Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin və əldə olunmuş razılıqların hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.

Tərəflər, habelə turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVID-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və nazir Ditro Kuleba dəvəti məmnunluqla qəbul edib.