logo

Elmar Məmmədyarov moldovalı həmkarını Azərbaycana səfərə dəvət edib

19:30 23-04-2020 | icon 2261
Elmar Məmmədyarov moldovalı həmkarını Azərbaycana səfərə dəvət edib

Aprelin 23-də xarici işlər naziri Elmar Məmmədyarovun Moldova xarici işlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

 YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Eyni zamanda, tərəflər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Sonda nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnunluqla qəbul edib.