logo

Ölkədə istilik mövsümü aprelin 30-dək uzadıldı

18:58 23-04-2020 | icon 1988
Ölkədə istilik mövsümü aprelin 30-dək uzadıldı

“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisindəki qazanxanaların qazla təminatını aprelin 30-dək davam etdirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib. Qeyd edilib ki, aprelin 25-də başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Bununla əlaqədar tədbirlər görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda, havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı aprelin 15-dən 25-dək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq aprelin 30-dək davam edəcək.