logo

Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu

16:31 23-04-2020 | icon 2058
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 30 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAvropa-ya bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.