logo

Əli Əsədov karantin qaydalarını pozan məmuru işdən qovdu

15:58 23-04-2020 | icon 2023
Əli Əsədov karantin qaydalarını pozan məmuru işdən qovdu

Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd edilib ki, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib.