logo

UEFA qadınlar arasında Avropa Çempionatını 2022-ci ilə təxirə saldı

15:12 23-04-2020 | icon 3024
UEFA qadınlar arasında Avropa Çempionatını 2022-ci ilə təxirə saldı

UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatını təxirə salıb.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi bu gün videokonfrans vasitəsilə keçirilən iclasda qərar qəbul edib.

Qərara əsasən, “AVRO-2021” 2022-ci il iyulun 6-dan 31-dək keçiriləcək.