logo

Paytaxtda karantin rejimində gizli fəaliyyət göstərən kafe aşkarlanıb

14:57 23-04-2020 | icon 1918
Paytaxtda karantin rejimində gizli fəaliyyət göstərən kafe aşkarlanıb

Səbail rayonunun İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan doqquz müştəri saxlanılaraq rayon polis idarəsinin 8-ci polis bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilər barədə polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.