Sarıbaş kəndində qarın hündürlüyü 9 sm-ə çatıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 23-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.
Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 50 (aylıq normanın 40 faizi), Balakəndə 44 (aylıq normanın 43 faizi), Kişçayda (Şəki) 37, Zaqatalada 34 (aylıq normanın 33 faizi), Şəkidə 31 (aylıq normanın 34 faizi), Şəmkirdə 25 (aylıq normanın 70 faizi), Oğuzda 23, Gədəbəydə 22 (aylıq normanın 37 faizi), Daşkəsəndə 21, Göygöldə 19, Gəncədə 18 (aylıq normanın 58 faizi), Şahdağ, Tovuzda 16, Qəbələdə 15, Ağstafada 12, Mingəçevirdə 10, Naftalan, Ordubad, Şərurda 9, Xınalıqda 8, Qrız, İsmayıllıda 7, Cəfərxanda 6, Tərtər, Bərdə, Ceyrançöl, Quba, Qusar, Sabirabad, Sədərəkdə 5, Göyçay, Ağdərə (Ordubad), Şahbuzda 4, Salyan, Xaltan, Mərəzədə 3, Kürdəmir, Şamaxıda 2, Zərdab, İmişli, Neftçala, Biləsuvar, Lerik, Şabran, Altıağac, Naxçıvan, Ağdamda 1 millimetr olub. Həmçinin Bakıda və Abşeron yarımadasında - Sumqayıtda 3, Bakı, Zabrat, Maştağada 2, Binədə 1 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Sarıbaşda 9, Xınalıqda 5, Qrızda 3, Şahdağ, Daşkəsəndə 2, Kişçay, Gədəbəydə 1 santimetrə çatıb.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qəbələ, Şəki, Qusar, Qrız, Şamaxı, Kişçay, Sarıbaş, Xınalıq, Yardımlı, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Xınalıqda 28, Naftalanda 18, Naxçıvanda 16, Bakıda və Abşeron dəniz rayonunda 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Temperatur iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16°, Aran rayonlarında 13-20°, dağlıq rayonlarda 9°-dək, Naxçıvan Muxtar Respublikasında 22-27° isti olub.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək