logo

Masallıda ağır avtoqəza:iki nəfər öldü

13:11 23-04-2020 | icon 4193
Masallıda ağır avtoqəza:iki nəfər öldü

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.Qeyd edilib ki, rayonun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.