logo

Fransada koronavirusdan ölənlərin sayı 21 mini ötüb

11:57 23-04-2020 | icon 2380
Fransada koronavirusdan ölənlərin sayı 21 mini ötüb

Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 21 min 340-a çatıb. Son bir sutka ərzində 544 ölüm faktı qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.

O bildirib ki, epidemiya başlayandan xəstəxanalarda 13 min 236, qocalar evlərində isə 8104 ölüm faktı qeydə alınıb. Artıq 14-cü gündür ki, reanimasiya şöbələrində xəstələrin sayı tədricən azalır. Hazırda reanimasiyada 5433 xəstə var. Epidemiya başlayandan xəstəxanalara 85 minə yaxın, son 24 saat ərzində isə 478 xəstə yerləşdirilib. Hazırda xəstəxanalarda 29 min 741 xəstənin müalicəsi davam edir.

Səhiyyə üzrə baş direktor diqqətə çatdırıb ki, virus hələ də sürətlə yayılmaqda davam edir. Vurğulayıb ki, yeni koronavirus epidemiyası bir çox ölkələrdə hələ təzə başlayır. Epidemiya uzun müddət davam edəcək.

Qeyd edək ki, AFP-nin hesablamalarına görə, dünyada COVID-19-dan 177 min 800 ölüm faktı qeydə alınıb.

“Qarşımızda qət ediləsi hələ uzun yol var. Bu virus hələ uzun müddət bizi müşayiət edəcək”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.