logo

Ötən gün karantin rejimini pozan 1208 sürücü cərimələnib

10:34 23-04-2020 | icon 2058
Ötən gün karantin rejimini pozan 1208 sürücü cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya  bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 22-si saat 00:00-dan aprelin 23-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.