logo

İran ilk hərbi peykini orbitə çıxardı

23:55 22-04-2020 | icon 2149
İran ilk hərbi peykini orbitə çıxardı

İran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb.

YeniAvropa  xəbər verir ki, bu barədə məlumatı yerli “Sepahnews” saytı məlumat yayıb.

Xəbərdə bildirilib ki, sınaq uçuşu uğurla başa çatıb. “Nur” adlı peyk “Qasid” ikipilləli raketdaşıyıcısının yardımı ilə yerdən 425 km məsafəyə çıxarılıb.

Uçuşu İran Silahlı Qüvvələrinin İslam İnqilab Keşikçiləri Qvardiyası həyata keçirib.

Xatırladaq ki, ABŞ İran Qvardiyanı terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqton bu silahlı birləşməni sanksiyaya məruz qoyub.