logo

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

21:58 22-04-2020 | icon 1967
Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, əməkdar artist Mansur Mansurov vəfat edib.
YeniAvropa xəbər verir ki, M.Mansurov bu gün uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.  1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.
2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!