logo

"Azercell"  "Paycell" xidməti üçün xidmət haqqını dayandırdı!

14:50 22-04-2020 | icon 3129
"Azercell"  "Paycell" xidməti üçün xidmət haqqını dayandırdı!

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə abunəçilərinə dəstək olmağa davam edir.

 YeniAvropa xəbər verir ki, "Azercell" aprel ayının 10-dan etibarən "Paycell" xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqinin müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, "Paycell" xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0.2 AZN, 0.5 AZN və ya 1 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir.

Xidmət haqqında ətraflı məlumatla  https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz. 

 “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə xəbərdar olmaq üçün bizi rəsmi Sosial Media hesablarımızdan izləyin!

 Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell

Twitter: https://twitter.com/Azercell

 Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz