logo

Meyiti tapılan tibb bacısı  koronavirusdan ölməyib-RƏSMİ

13:33 22-04-2020 | icon 2009
Meyiti tapılan tibb bacısı  koronavirusdan ölməyib-RƏSMİ

Aprelin 13-də Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb bacısı, 1957-ci il təvəllüdlü Şəhla Həsənovanın evində meyiti tapılıb.

 YeniAvropa xəbər verir ki, Ş.Həsənova xəstəxananın əməliyyat blokunda işləyib. İlkin istintaq zamanı onun həm dəm qazından zəhərlənmə, həm ürək-damar çatışmazlığı, həm də koronavirus nəticəsində ölməsi ehtimalları müəyyən olunub. Meyitin daxili və xarici müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin olunub. 

Aprelin 21-də ekspertin rəyindən məlum olub ki, Şəhla Həsənovanın meyitindən götürülmüş qan analizinin məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanından karboksihemoqlobin aşkar edilib. Belə ki, tibb bacısı Ş. Həsənova dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.