logo

Müştərinin avtomobilini yuduqdan  sonra qaçırıb qəza törətdi

11:59 22-04-2020 | icon 2128
Müştərinin avtomobilini yuduqdan  sonra qaçırıb qəza törətdi

Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçıraraq və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.