logo

Paytaxtda “Opel”lə “VAZ ” toqquşdu: 2 nəfər öldü

10:33 22-04-2020 | icon 3864
Paytaxtda “Opel”lə “VAZ ” toqquşdu: 2 nəfər öldü

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ ” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin məlumata görə, hadisə zamanı daha iki nəfər xəsarət alıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.