logo

Araz Ağalarov: “Biznesim gəmi kimi batır və mən heç nə edə bilmirəm"

23:34 21-04-2020 | icon 2030
Araz Ağalarov: “Biznesim gəmi kimi batır və mən heç nə edə bilmirəm"

“Bizdə belə əhvalat alınıb. Mən bu ofisdə oturmuşam, kiçik gəminin kapitanı kimi. Və baxıram ki, o necə batır. Heç nə edə bilmirəm, buna heç cür təsir etmək mümkün deyil”. 

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan əsilli rusiyalı milyarder, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov "RBC" agentliyinə müsahibəsində koronavirusa görə tətbiq edilmiş karantin rejiminə münasibət bildirərkən səsləndirib. 

O, biznesinin batdığını, aprel ayı üçün işçilərə maaş verə bilməyəcəyini deyərək dövlətdən ƏDV-nin aşağı salınması şəklində kömək istəyib.

Araz Ağalarov deyib ki, “Crocus Group”da 15 min nəfər çalışır. Onların aylıq maaşlarını ödəmək üçün 1 milyard rubl lazımdır. Hazırda isə şirkətin bütün obyektləri bağlıdır, təkcə “Tvoy dom” supermarketlər şəbəkəsi işləyir.

“İçərisində 15 min adam olan gəmi sadəcə olaarq tədricən kapitanın gözləri qarşısında dibə enir, hansı ki, kapitanın heç içəri dolan suyu çölə vurmaq imkanı da yoxdur, sadəcə olaraq imkan vermirlər”,-deyə , o, vurğulayıb.

Ağalarovun sözlərinə görə,yeni kreditləin hesabına biznesi daha bir ay ayaqda tutmaq olar. Lakin böhrandan sonra digər müəssisələr kimi “Crocus Group”un da işləməsi üçün ən azı iki aylıq vergi güzəştləri edilməlidir. (Virtualaz.org)