logo

Şahmat üzrə Millətlər Kuboku təşkil ediləcək

22:51 21-04-2020 | icon 2807
Şahmat üzrə Millətlər Kuboku təşkil ediləcək

Mayın 5-dən 10-dək 6 komandanın iştirakı ilə Millətlər Kuboku təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. FIDE və "Chess.com" saytının təşkilatçılığı ilə keçiriləcək yarışda Rusiya, ABŞ, Avropa, Çin, Hindistanın komandaları və digər ölkələri təmsil edəcək dünya yığma komandası mübarizə aparacaq.

Yarışda Azərbaycan şahmatçısının iştirakı da gözlənilir. Təmsilçimiz Avropa və ya dünya yığmasının heyətində yer alacaq. Hər komanda 4 (onlardan biri qadın şahmatçı olmalıdır) şahmatçı ilə təmsil olunacaq.

Turnirin mükafat fondu 180 000 ABŞ dollarıdır.

Aprelin 22-də komandaların dəqiq tərkibi təsdiqlənəcək.