logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 2259 nəfərə çatdı

21:12 21-04-2020 | icon 2254
Türkiyədə koronavirusdan ölənlərin sayı 2259 nəfərə çatdı

Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 119 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virusdan ölənlərin ümumi sayı 2259 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, epidemiya ilə bağlı vəziyyətə dair son rəqəmlər barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, aprelin 21-də ölkə üzrə 39 min 429 nəfər üzərində test aparılıb. Onlardan 4 min 611 nəfərdə infeksiya aşkarlanıb.

İndiyə qədər 14 min 918 nəfərin müalicəsi uğurlu olub. Aprelin 21-də 1488 nəfər sağalaraq evə buraxılıb.