logo

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxdu,ölü sayı 20 oldu

18:45 21-04-2020 | icon 2030
Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxdu,ölü sayı 20 oldu

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 44 yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.