logo

Gürcüstanda fövqəladə vəziyyət rejimi daha 1 ay uzadılıdı

17:54 21-04-2020 | icon 2268
Gürcüstanda fövqəladə vəziyyət rejimi daha 1 ay uzadılıdı

Gürcüstan hökuməti koronavirus səbəbindən fövqəladə vəziyyət rejimini mayın 22-nə qədər uzatmaq barədə qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  Gürcüstanın baş nazirinin müşaviri İrakli Çikovani  məlumat verib. 

“Ölkədə fövqəladə vəziyyət rejiminin mayın 22-dək uzadılması barədə qərar qəbul edilib. Hökumətin müvafiq qərarı təsdiq edilmək üçün prezidentə göndərilib”, - deyə İrakli Çikovani bildirib.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 2 milyon 505 mindən çox yoluxma və 171 min 843 ölüm faktı qeydə alınıb, 659 min 615 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Gürcüstanda indiyədək yeni koronavirusa yoluxanların sayı 400 nəfəri ötüb, 4 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib.