logo

Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub

16:57 21-04-2020 | icon 2380
Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub

“Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub,, bir jurnalist isə ölüb”.

YeniAvropa  "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə  Rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözləərinə görə, bu yaxınlarda Moskvada koronavirusa yoluxan jurnalistlərdən biri dünyasını dəyişib. 

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 53  min nəfərə çatır. Təkcə son sutka ərzində  5642 yeni yoluxma faktı qeydə alınıb .

Ölkənin Operativ Qərargahının yaydığı məlumata görə, sutka ərzində 51 xəstə ölüb, koronavirusdan ümumi ölüm sayı isə 500-ə yaxınlaşır. Yeni yoluxmaların əksəriyyəti isə paytaxt Moskvada aşkarlanıb - 2 567 həfər.