logo

Türkiyədə narkotacirlərə qarşı əməliyyatda 1185 nəfər saxlanılıb

17:11 21-04-2020 | icon 2478
Türkiyədə narkotacirlərə qarşı əməliyyatda 1185 nəfər saxlanılıb

Türkiyədə narkotik maddə ticarətinə qarşı aparılan genişmiqyaslı əməliyyat zamanı 1185 nəfər saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Baş Təhlükəsizlik və Narkotik Cinayətkarlıqla Mübarizə idarələri tərəfindən ölkənin 40 şəhərində keçirilən əməliyyatlar bir həftə davam edib.

Əməliyyatlar zamanı çoxlu miqdarda narkotik maddə, silah-sursat ələ keçirilib.