logo

İƏT İcraiyyə Komitəsi XİN başçılarının təcili iclası keçiriləcək

13:10 21-04-2020 | icon 2079
İƏT İcraiyyə Komitəsi XİN başçılarının təcili iclası keçiriləcək

Aprelin 22-də Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər Nazirləri səviyyəsində videokonfrans vasitəsilə təcili iclası keçiriləcək.

YeniAvropa erli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, toplantıda yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə istiqamətində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.