logo

Xəzər rayonunda ikimərtəbəli ev yanıb

11:33 21-04-2020 | icon 3437
Xəzər rayonunda ikimərtəbəli ev yanıb

Xəzər rayonunda yanğın baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, hadisə ümumi sahəsi 198 kvadratmetr olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb. Nəticədə ev yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.