logo

Gürcüstandakı zəlzələ Azərbaycanda da hiss olunub

10:58 21-04-2020 | icon 2044
Gürcüstandakı zəlzələ Azərbaycanda da hiss olunub

Aprelin 21-də Gürcüstanda maqnitudası 3.8 olan zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:08-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində zəif hiss olunub.