logo

Azərbaycanda koronavirusla bağlı pozitiv tendensiya özünü təsdiqləyib

22:11 20-04-2020 | icon 2016
Azərbaycanda koronavirusla bağlı pozitiv tendensiya özünü təsdiqləyib

“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq koronavirus (COVID-19) infeksiyası ilə bağlı pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "AzTV"nin efirində yayımlanan “Hədəf” verilişində məlumat verib. Onun sözlərinə görə, birinci mərhələ fevralın 28-də, ilk yoluxma faktının qeydə alınması ilə başladı. 

"Fevralın 28-dən aprelin 11-dək, demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni koronavirusa yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi", - deyə İbrahim Məmmədov vurğulayıb. O, daha sonra qeyd edib ki, artıq aprelin 19-da pozitiv tendensiya təsdiqlənib (25 yoluxma, 122 sağalma) və demək olar ki, sağalma 5 dəfə yoluxmanı üstələyib.

"Bu gün isə sağalma 2 dəfə yoluxmanı üstələyib. Son günlər ard-arda sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi bizə onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib və biz artıq pozitiv istiqamətdə irəliləməkdəyik”,-deyə Nazirlər kabinetinin rəsmisi bildirib.