logo

ABŞ neftinin qyməti sıfıra enib

22:39 20-04-2020 | icon 2527
ABŞ neftinin qyməti sıfıra enib

ABŞ-ın “Light” markalı xam neftinin qiyməti tarixdə ilk dəfə olaraq 100 faiz dəyər itirib.

 YeniAvropa xəbər verir ki,  Bakı vaxtı ilə 21:56-ya olan məlumata görə, “Light” neftinin bir barrelinə Londonun ICE birjasında 0,01 dollar təklif olunub. Saat 22:10-na olan vəziyyətə görə isə ABŞ nefti artıq mənfi 1,43 dollara alıcı axtarıb.

Həmin vaxt London birjasında Brent markalı neftin bir barreli 25,53 dollardan satılıb.